Silah işlətdiyi üçün milliyə çağırılmadı

"Beşiktaş" formasını geyinən Gökhan Törenin milliyə çağırılmama səbəbi açıqlanıb.
 
Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir kiç bunu futbolçunun silah işlətməsi ilə əlaqələndirib.
 
Bir müddət əvvəl futbolçu gecə klubunda baş verən insident zamanı güllələnmişdi. Ötən il isə Türkiyə millisinin düşərgəsində olan Töre komanda yoldaşları Hakan Çalhanoğlu və Ömer Toprakı silahla hədələyib. 
 
Almaniya mətbuatı isə Törenin komanda yoldaşlarına qarşı zor tətbiq etməsini daha açıq şəkildə ifadə edib. İddiaya görə 2013-cü il oktyabrın 13-də Hollandiya matçı üçün baş tutan toplanışda Töre qadın məsələsinə görə Çalhanoğlu və Toprakla dalaşıb. Hər kəs otelə getdikdən sonra futbolçu yanında bir dostu ilə zorla komanda yoldaşlarının otağına daxil olub. Əlindəki silahı Toprakın ağzına tuşlayan Töre onları qorxudub.
 
İddialara görə məhz bu səbəbdən "Beşiktaş"ın futbolçusu yığma komandaya çağırılmır. Yalnız Törenin "qəhrəmanlıq"ları bunlarla bitmir. O, Almaniyada icarəyə götürdüyü bir avtomobillə qəza törətdi və cinayət işi açıldı. "Rubin"də oynadığı dönəmdə isə adı rüşvət qalmaqalına qarışmışdı.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right