"Fənərbaxça" klubu ciddi itki ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, komandanın braziliyalı yarımmüdafiəçisi Dieqo zədələnib.
Türkiyə mətbuatının verdiyi məlumata görə, tibbi müayinədən keçən braziliyalı futbolçunun ən azı 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Belə ki, 30 yaşlı futbolçu superliqanın 3, Avropa Liqasının qrup mərhələsinin 2 matçnda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Fənərbaxça" qarşıdakı 3 həftədə superliqada "Bursaspor", "Beşiktaş" və "Akhisar", Avropa Liqasının qrup mərhələsində isə "Molde" (Norveç) və "Seltik"lə (Şotlandiya) qarşılaşacaq.