Bütün dünyanın maraqla gözlədiyi mövsümün ilk "El Klassiko"sunun vaxtı açıqlanıb.
Newsport.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, yeni mövsüm İspaniya La Liqasında "Real" (Madrid) və "Barselona" komandaları arasında ilk oyun Madriddə, "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.
Oktyabrın 25-də, La Liqanın 9-cu turu çərçivəsində baş tutacaq "El Klassiko"nun başlama saatı da bəlli olub. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, "Barselona"nın yeni transferi Luis Suaresin cəzası oktyabrın 24-də başa çatacağından, uruqvaylı futbolçu "Real"a qarşı matçda forma geyinə biləcək.
Xatırladaq ki, Suares "DÇ-2014"ün qrup mərhələsində İtaliya ilə matçda (1:0) rəqib futbolçu Corcio Kyellininin çiynini dişlədiyi üçün FİFA tərəfindən dörd ay müddətinə futboldan kənarlaşdırılıb və onun millinin heyətində doqquz oyunda meydana çıxmasına qadağa qoyulub.