Kristof Daumdan “Fənərbaxça” ilə bağlı şok açıqlamalar: “Müdafiəçi istəyirdim, hücumçu alırdılar”

Bir vaxtlar  Türkiyədə "Beşiktaş” və "Fənərbaxça” kimi klubların baş məşqçisi olmuş Kristof Daum Türkiyədə işlədiyi vaxtları xatırlayıb.

Newsport.az-ın məlumatına görəalman baş məşqçi "Fou Four Two”ya verdiyi açıqlmada "Beşiktaş”dan razı qaldığını bildirsə də, "Fənərbaxça” haqqında eyni sözləri danışmayıb. 
" "Beşiktaş”da hər şey ürəyimcə idi. Məhmət, Rza, Fəyyaz  və Mətin kimi yaxşı futbolçularla birgə işləmişəm. Süleyman Səba kimi prezidenti tanıdığım üçün çox xoşbəxtəm.”
Almaniyalı baş məşqçi "Fənərbaxça” karyerasından danışarkən bu sözlərə yer verib: "Aykut Kocamanı çox yaxşı tanıyıram. Mən müdafiəçi istəyərkən, hücumçu alırdılar. Roberto Karlos və Vederson kimi futbolçularımız olduğu halda, Andrea Santosu aldılar. Bunu heç başa düşə bilmirdim. "Fənərbaxça”da çalışıdığım zaman Essien, Evra və Abidal kimi ulduzu parlamamaış futbolçuları almaq istəyirdim. Ancaq Aziz Yıldırım transferlərə icazə vermədi. Hər kəs sonradan onların necə futbolçu olduğunu gördü.”





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right