İtaliya millisində daha bir futbolçu zədələnib

Millimizin "Avro-2016"nın seçmə mərhələsindəki rəqibi İtaliya millisində daha bir futbolçu zədələnib.

Newsport.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, dünən gecə "Avro-2016"nın seçmə mərhələsində Norveçlə matçda Çiro İmmobile ayağından problem yaşayıb. Zədəsinin ciddi olduğu müəyyənləşən 24 yaşlı hücumçunun uzun müddət yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, bundan əvvəl İtaliya millisində Corcio Kyellini və Cüzeppe Rossi zədələnib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right