Ötən günü Hollandiyanın "AZ Alkmar” klubunun doğma meydanı sayılan "AFAS Arena”da Dünya Ulduzları yığması və "Real Madrid” əfsanələri komandası üz-üzə gəlib.
Newsport.az-ın məlumatına görə, sözügedən qarşılaşmada "Dünya Ulduzları” komandası 6-5 hesabı ilə qələbə qazanıb. Sözügedən qarşılaşmada bir çox tanınmış futbolçular iştirak ediblər. Həmin futbolçular arasında Türkiyə millisinin sabiq forvardı Hakan Şükür də iştirak edib. Qarşılaşmada 42 yaşlı Edqar Davids möhtəşəm qolla yadda qalıb. Matçın videoyazısını diqqətinizə çatdırırıq: