"Türkiyəyə məğlubiyyət bizim üçün kabus idi.”
Newsport.az-ın məlumatına görə, bu sözlər Hollandiya milli komandasının forvardı Robin van Persiyə aiddir. "Fənərbaxça”nın futbolçusu ötən gün Avro 2016-nın seçmə mərhələsi çərçivəsində Hollandiyanın Türkiyəyə 3-0 hesabı ilə məğlub olduğu oyundan sonra ölkəsinin mətbuatına danışıb:
"Bizim üçün dəhşətli məğlubiyyət idi. Turnirdə bundan sonrakı işimiz çətin olacaq. Lakin qrupdan çıxmaq üçün şansımız var. Bunun üçün qarşıdakı iki oyunda mütləq qələbə qazanmalıyıq.”