"Feyenoord"un futbolçusu Kolin Kazım AVRO-2016-nın təsnifat mərhələsində Hollandiya və Türkiyənin aldığı uğursuz nəticələri dəyərləndirib.
Newsport.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi "narıncılar"da qalib psixologiyası ilə bağlı problem olduğuna diqqət çəkib.
"Türkiyə sona qədər təslim olmaz. Bizdə Osmanlı qanı var. Türklər sona kimi vuruşarlar. Məndə də bu qandan var. Bu səbəbdən bəzən imkansız şeylər edirəm. Baxımlı oyuna qalsa, Hollandiya millisinə söz yoxdu. Amma qələbə üçün daha artığı lazımdı. Psixoloji cəhətdən də qalibiyyətə hazır olmaq vacibdi. Klarens Zeedorf və Edqar Davids necə qələbə qazanmağı bilirdi. Uesli Sneyder və Yordi Klasi də bunu bilir. Amma bu iki futbolçu komanda üçün yetərli deyil".