"Avro-2016"nın seçmə mərhələsinin oyunları davam edir.
Newsport.az-ın məlumatına görə, H qrupunda Azərbaycan - Bolqarıstan matçı ilə yanaşı, daha iki oyun keçiriləcək.
Qrupun aşkar favoriti olan İtaliya yığması səfərdə Norveçin qonağı olacaq. Xorvatiya millisi isə öz meydanında Maltanı sınağa çəkəcək.
Qeyd edək ki, hər iki oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
9 sentyabr
"Avro-2016"nın seçmə mərhələsi
H qrupu
21:00. Azərbaycan - Bolqarıstan
23:45. Xorvatiya - Malta
23:45. Norveç - İtaliya