“Qalatasaray”dan şok transfer

"Qalatasaray” "transfer pəncərəsi”nin son günündə azarkeşlərinə sürpriz edəcək.

Newsport.az-ın məlumatına görə, "sarı-qırmızılar” "Borussiya”nın futbolçusu Kevin Qrosskroytsu sıralarına qatır.
 
Avropa Liqasının qrup mərhələsində "Qəbələ”nin rəqiblərindən olan Dortmund təmsilçisinin 27 yaşlı yarımmüdafiəçisi bu gün axşam saatlarında İstanbulda tibbi müayinədən keçərək rəsami müqaviləyəimza atacaq. "Bild”in yazdığına görə, ağır zədədən sonra "Borussiya”da oynamaq şansı qazanmayan, bu üzdən ikinci komandaya (U-23) göndərilən Qrosskroyts bununla razılaşmayıb. Onun Bakı vaxtı ilə 22:00-da Türkiyədə olacağı xəbər verilir. 
 
Qeyd edək ki, Kevin 2009-cu ildə "Rot-Vayss Alen”dən "Borussiya”ya transfer olunmuşdu. Geridə qalan bu müddətdə o, 2 dəfə Almaniya çempionu olub, 1 dəfə ölkə kubokunu qazanıb, 1 dəfə Dünya Çempionatının qalibi olub, 1 dəfə də Çempionlar Liqasında final oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right