Türkiyə PTT I Liqasında III turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, III tur çərçivəsində milli komandamızın üzvü Ufak Budakın formasını geyindiyi "Qaziantep BB” səfərdə "Kayseri Ərciyəsspor”la qarşılaşıb. Az öncə başa çatan matç Ufukun komandasının 2-1 hesablı qələbəsi ilə başa çatıb. 14-cü dəqiqədə qapısında qol görən "Qaziantep BB” 54-cü dəqiqədən etibarən azlıqda oynayıb. İlk hissəni məğlub başa vuran Anteplilər ikinci hissədə iki qol vuraraq qələbə qazanıblar. Milli komandamızın üzvü start heyətində meydana çıxıb və sona qədər mübarizə aparıb.
Qeyd edək ki, III turdan sonra aktivinə 5 xal yazdıran "Qaziantep BB” 8-ci pillədə qərarlaşıb.