Türkiyənin "Gənclərbirliyi” klubu baş məşqçi Stüart Baksterin istefasından sonra boş qalan baş məşqçi postuna mütəxəssis axtarışını davam etdirir.
Newsport.az-ın məlumatına görə, Superliqa klubunun ilk hədəfi bir vaxtlar "Xəzər Lənkəran”da baş məşqçi olan Mustafa Dənizlidir. Bu barədə məlumatı komandanın prezidenti İlhan Cavcav Türkiyə mətbuatına danışarkən bildirib. Prezident Mustafa Dənizli ilətelefonda danışdıqlarını və yaxın 1-2 gün ərzində Ankarada görüşlərinin olacağını bildirib.
Qeyd edək ki, "Gənclərbirliyi”ni hazırda "Turan Tovuz”un sabiq baş məşqçisi Naci Şensoy çalışdırır.