Yay tarnsfer dönəmində Luis Nani, Robin Van Persi kimi məşhur futbolçuları heyətinə qatan Türkiyənin "Fənərbaxça” klubu daha bir supertransferini reallaşdırmağa yaxındır.
Newsport.az-ın məlumatına görə, "sarı bülbüllər” "Liverpul”un serbiyalı futbolçusu Lazar Maroviçin keçidini həll edib. Ulduz futbolçu artıq Türkiyə klubu üçün tibbi müayinədən də keçib. Markoviç ilə yaxın günlərdə müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, 21 yaşlı futbolçu Serbiya milli komandasının üzvüdür. O, daha əvvəl "Partizan” və "Benfika” kimi klublarda oynayıb. "Liverpul”un heyətində 19 oyun keçirən futbolçu 2 qol vurub.