Türkiyə PTT 1-ci liqasında 3-cü turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" növbəti matçında doğma meydanda "Samsunspor"u qəbul edib.
Karşıyakada baş tutan oyunda ilk 16 dəqiqəyə 2 qol vuran meydan sahibləri sonradan üstünlüyü əldən verib. Maraqlıdır ki, 2:2 hesabı ilə başa çatan matçda qonaqlar bərabərlik qolununu 51-ci dəqiqədə penaltidən vurub. Beləcə bu oyunda 90 dəqiqə meydanda olan Kamran Ağayev mövsüm öncəsi verdiyi sözü tuta bilməyib. Belə ki, millimizin qolkiperi qardaş ölkə mətbuatına açıqlamasında "Karşıyaka"nın bu mövsüm penaltidən qol buraxmayacağını iddia etmişdi.
Qeyd edək ki "Karşıyaka" üç turdan sonra 4 xalla səkkizinci pillədə qərarlaşıb.