"Fənərbaxça” aparıcı oyunçusu Mussa Sounu satıb.
Newsport.az-ın məlumatına görə, İstanbul klubu Sounu Biləşmiş Ərəb Əmirlikliyinin "Əl Əhli” klubuna satıb. "Sarı bülbüllər”in rəsmi saytının məlumatına görə, ərəblər bu transferə görə, "Fənərbaxça”ya 16milyon avro ödəyəcəklər.Bu transfer isə Türkiyə tarixində rekord olub. Belə ki, Sou Türkiyədən xaricə üz tutan ən bahalı legioner futbolçu olub. Mussa Türkiyədən ayrıldığı zaman göz yaşlarına hakim ola bilməyib.