UEFA-nın yeni reytinq sıyahısı açıqlanıb.
Newsport.az-ın məlumatına görə, Çempionlar Liqasının "pley off” mərhələsinin cavab oyunlarından sonra siyahıda cüzi dəyişikliklər olub.
Belə ki, keçirilən 5 görüşdə, 7 ölkə aktivinə xallar yazdıra nildiyi halda, bir ölkənin mövqeyi dəyişib.
"Bazel”in səfərdə İsrailin "Makkabi” klubu iləheç heçə etməsi İsveçrəyə 0.125 xal qazandırıb. Bu xal sayəsində İsveçrə Türkiyəni geridə qoyaraq 11-ci pilləyə yüksəlib.
Qeyd edək ki, Çempionlar Liqasında heç bir təmsilçisi olmayan Azərbaycanın mövqeyi dəyişməyib. Sözügedən cədvəldə ölkəmiz Avropa 26-cısı dı.