Heyətində Alessandro Del Pyero, Florent Maluda kimi futbolçular yer alan Hindistanın "Dehli Dinamos” klubu daha bir ulduz futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi məşhur norveçli futbolçu Con Arne Riiseni heyətinə qatıb. Klubun rəsmi "twitter” səhifəsində bu barədə məlumat yer alsa da, futbolçu ilə imzalanan müqavilənin şərtləri açıqlanmayıb.
Qeyd edək ki, komandanın baş məşqçisi məşhur Roberto Karlosdur. O, həmçinin paytaxt klubunda oynayan məşqçi funksiyasını da yerinə yetirir.