Türkiyə PTT 1-ci Liqasının II turu çərçivəsində keçirilən "Adanaspor" - "Göztəpə" matçı qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Newsport.az-ın məlumatına görə, görüş "Qarabağ"ın sabiq futbolçusu Corc Leroy üçün əlamətdar olub.
Hollandiyalı yarımmüdafiəçi matçın 25-ci dəqiqəsində komandasının ilk qolunu vurub. Cərimə zərbəsindən fərqlənən Corcun qolu baxımlı alınıb. Xatırladaq ki, sabıq “Qarabağ”lı ötən tur "Elazığspor"la oyunda da qol vurmuşdu.