Avropa Liqasındakı uğursuz çıxışından sonraTürkiyə Superliqasında "Beşiktaş” üzərində qələbə qazanan "Trabzonspor”un ulduz futbolçu ilə güclənəcəyi gözlənilir.
Newsport.az-ın məlumatına görə, bu futbolçu Almaniya milli komandasınınsabiq üzvü Marko Marindi. Bu barədə məlumatı trabzonluların baş məşqçisi Şota Arvaladze "Beşiktaş”lamatçdan sonra keçirdiyi mətbuat konfransında açıqlayıb. O, futbolçu ilə danışıqların müsbət yöndə davam etdiyini bildirib. Qeyd edək ki, Marko Marin karyerası ərzində "Çelsi” , "Fiorentina” kimi klublarda uğursuz dönəmlər keçirib.Markinin karyerasının yüksək zirvəsi əsasən Almaiyada "Borussiya Münhenqladbax” və "Verder” kimiklubarın heyətindəbaş verib. Marin 2008/10 cu illər aralığında Almaniya milli komandasının heyətinə də cəlb olunub. Əlavə edək ki, Marinin Trabzon klubuna keçidi baş tutarsa, bu mövsüm ulduz futbolçuların Türkiyəyə növbəti gəlişi kimi yadda qalacaq.
Qeyd edək ki, bundan öncə Lukas Padolski "Qalatasaray”a, Samule Eto`O "Antalyaspor”a, Luiş Nani və Robin van Persi kimi futbolçular isə "Fənərbaxça”da oynamağa razılıq verib.