"Fənərbaxça" PSJ-nin hücumçusunu transfer edir

Türkiyənin “Fənərbaxça” klubu  PSJ-in futbolçusu Ezequel Lavezzini transfer etməyə yaxındır.

Newsport.az-ın məlumatına görə, bu barədə “Bu gün” qəzeti xəbər yayıb.

Bildirilir ki, argentinalı hücumçunun meneceri İstanbula gələrək “Fənərbaxça” ilə anlaşıb. Bu transfer üçün “sarı lacivərdlilər”in Paris klubuna 10 milyon avro ödəyəcəyi iddia edilir.  

Qeyd edək ki, 2012-ci ildə “Napoli”dən PSJ-yə transfer olunan futbolçu ötən mövsüm  Fransa Liqasında 31 oyuna çıxıb və 8 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right