"Beşiktaş"ın yeni stadionunda işlər dayandırıldı

"Beşiktaş"ın inşa edilməkdə olan yeni stadionunda tikinti işləri dayandırılıb.

Newsport.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul Böyükşəhər Bələdiyyəsinə məxsus polis heyəti stadiona gedərək işlərin dayandırılması haqda qərar verib.

Klubun mətbuat katibi Metin Albayrak stadionda işlərin dayandırılmasının iki həftə öncə iki fəhlənin yaralanması ilə bağlı olduğunu bildirib:

"Stadionda aparılan tikinti işləri zamanı iki fəhləmiz yaralandı. İctimai Təhlükəsizlik Nazirliyi bu hadisədən sonra təhlükəsizliklə bağlı qarşımıza bəzi tələblər qoydu. Həmin tələblərin yetinə yetirilməsi üçün müvəqqəti olaraq işlər dayandırıldı. Bazar ertəsi stadionda təhlükəsizliyi təmin edən firma ilə nazirliyin nümayəndələri arasında görüş keçiriləcək. Təhküləsizliyi yüksək səviyyədə təşkil etməyimiz üçün stadionda işlərə 2-3 gün fasilə verdik. Təəssüf ki, belə böyük layihələrdə xoşagəlməz hadisələr olur. Yaxşı ki, ölən olmadı. Bu hadisə bizə dərs oldu. İnşallah, lazımi tədbirlər görüb, stadionda işlərin sürətlənməsini təmin edəcəyik". 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right