"Barselona"nın yeni transferi Luis Suarez maraqlı etiraf edib.
Newsport.az saytının məlumatına görə, İspaniyanın "Marca" nəşrinə müsahibə verən uruqvaylı futbolçu onun üçün tribunadan oyunları izləməyin çətin olduğunu bildirib:
"Həqiqət budur ki, oyunları izləyərkən acı çəkirəm. Cəzamın bir qismi geridə qaldı. Oyunları tribunadan izləmək çətindir. Sadəcə danışa və bağıra bilirəm. Bu məqamı qəbul edə bilmirəm".
Suarez həmçinin Çellinini dişlədiyinə görə də peşiman olduğunu deyib:
"Dərsimi aldım, peşiman. Artıq daha çox diqqətli olmaq məcburiyyətindəyəm. İngiltərədə eyni halla qarşılaşmış, öhtəsindən gəlmişdim. Bu basqı ilə oynamağa alışmışam. Bütün diqqətlərin üzərimdə olması önəmli deyil".