"Barselona"nın argentinalı hücumçusu Lionel Messi Avropa klub turnirlərində (Çempionlar Liqası, Avropa Liqası və UEFA Superkuboku) vurulan qolların sayına görə rekordu təkrarlayıb.
Newsport.az-ın məlumatına görə, 27 yaşlı ulduz "Seviliya" ilə keçirilən Superkubok matçının 16-cı dəqiqəsinədək dublunu rəsmiləşdirib. İndi onun hesabında 103 oyuna 80 qol var. Hazırda "Real"ın portuqaliyalı lideri Kriştiano Ronaldonun da hesabında eyni sayda (122 oyun) qol var.