Superkubokun ən yaxşı futbolçusu bəlli oldu

Avropa superkuboku çərçivəsində keçirilən "Barselona" - "Sevilya" matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Newsport.az-ın Tiflisə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Tiflisdə baş tutan görüşdə dubl edən Kataloniya təmsilçisinin hücumçusu Lionel Messi matçın ən yaxşısı seçilib.

Argentinalı futbolçu ilk hissədə vurduğu iki qolla komandasının qələbə qazanmasında əsas pay sahibi olub. Bununla da, Messi "Sevilya"ya qarşı keçirdiyi 24-cü matçında vurduğu qolların sayını 24-ə çatdırıb.

Qeyd edək ki, əlavə vaxtda Pedro Rodriqesin vurduğu qol (5:4) "Barselona"ya tarixində 5-ci dəfə Avropa superkubokunu qazandırıb





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right