Bolt Balotelliyə məsləhət verib AÇIQLAMA

Dünyanın 1 nömrəli atletlərindən olan Usain Bolt maraqlı açıqlama ilə diqqəti çəkib.

Newsport.az saytının məlumatına görə, ESPN-ə açıqlama verən yamaykalı Balotellinin “Liverpul”da oynamağına onun səbəb olduğunu bildirib:

“Bu yaxınlarda Balotelli ilə danışırdıq. Ona İngiltərənin futbol oynamaq üçün ən gözəl yer olduğunu söylədim. Daha sonra “Liverpul”la müqavilə imzaladı”.

“Mançester Yunayted” azarkeşi olan sprinter hollandiyalı mütəxəsis Lui Van Qaalın zamana ehtiyacı olduğunu, rəhbərliyin ona güvənməli olduğunu deyib:

“Yeni bir sistemi komandaya uyğunlaşdırmaq çətin olur. Ancaq hər şey daha yaxşı olacaq. Çempion olmasaq belə, mütləq ilk 4-lükdə yer almalıyıq. Çünki “Mançester Yunayted” Avropanın 1 nömrəli turnirində mübarizə aparmağa layiq komandadır”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right