Almaniyanın "Borussiya" (Dortmund) klubunun türkiyəli futbolçusu Nuri Şahinin müsahibəsi...
- Dizinin vəziyyəti necədir?
- İndi heç bir ağrı yoxdur. Əməliyyatım çox yaxşı keçdi. Hazırda özümü yaxşı hiss edirəm.
- Əməliyyat olmağın əvvəlcədən planlaşdırılmışdı ?
- Xeyr, planlaşdırılmamışdı. Lakin sonradan vacib olduğu bilindi. Dizimdə olan problem həll olundu. İndi çox rahatam. Bu vəziyyət hazırda mənim üçün çox yaxşıdır.
- Bundesliqanın birinci dövrəsində yaşıl meydanlara qayıda biləcəksən ?
- Hazırda konkret bir cavab verə bilmərəm. Həkimlər necə məsləhət bilsələr elə də olacaq. Tamamilə sağaldıqdan sonra geri dönmək istəyirəm.
- Həkimlərin düşündüyü tarix nə vaxtdır?
- Reabilitasiya müddəti bitən kimi komanda ilə məşqlərə başlayacağam.
- Hazırda dizlərini tərpədə bilirsənmi?
- Bu, mənim üçün heç yaxşı olmaz. Amma qısa müddət ərzində dizlərimi və fiziki durumumu inkişaf etdirəcəm.
Mənbə: Almaniyanın "BİLD" nəşri
Tərcümə etdi: İlkin Sultanlı