Türkiyə superkubokunun yeni qalibi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, həlledici görüşdə "Qalatasaray" və "Bursaspor" üz-üzə gəlib.
Matçın taleyini bir qol həll edib. Görüşün 21-ci dəqiqəsində vurulan qol "Qalatasaray"a minimal hesablı qələbə qazandırıb - 1:0.
Qeyd edək ki, "Qalatasaray" ötən mövsüm həm superliqanın, həm də ölkə kubokunun qalibi olub. "Bursaspor" isə kubokun finalçısı kimi superkubokda oynamaq hüququ əldə edib. Son ölkə kubokunun finalında üz-üzə gəlmiş "Qalatasaray" və "Bursaspor"un duelində "Cim Bom" 3:2 hesabı ilə qalib gəlib.
8 avqust
Türkiyə superkuboku
"Qalatasaray" - "Bursaspor" - 1:0
Qol: Yasin Öztekin, 21 (1:0)
Qırmızı vərəqə: Əmrə Çolak, 88 ("Qalatasaray")