"Barselona"nın futbolçusu Arda Turan yeni komandasında 10 nömrəli formanı geyinə bilər.
Newsport.az-ın məlumatına görə, bu barədə türkiyəli futbolçunun özü açıqlamasında deyib.
Arda hazırda 10 nömrəli forma altında çıxış edən Lionel Messinin ona öz nömrəsini təklif etdiyini bildirib: "Türkiyə millisində oynamağa başlayarkən 14 nömrəni seçdim. Çünki atam Yohan Kroyfun böyük fanatıdır. Ancaq mənim üçün hansı nömrə altında çıxış etməyimin önəmi yoxdur. Yanvar ayında hansı nömrəni seçəcəyimə qərar verəcəm. Messi mənə öz nömrəsini təklif etdi. O, istədiyim halda "Barselona"da 10 nömrəli forma ilə çıxış edə biləcəyimi söylədi".