"Real"ın futbolçusu rəsmən "Qalatasaray"da

"Qalatasaray" növbəti transferini reallaşdırıb.
 
Newsport.az-ın məlumatına görə, "Cim-Bom" "Real"ın oyunçusu Xose Rodriqes Martinesi heyətinə cəlb edib. 20 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
 
Ötən mövsüm icarə əsasında "Deportivo"da oynayan futbolçu "Qalatasaray"da ilinə 800 min avro qazanacaq. Sözügedən transfer üçün "sarı-qırmızılar" Madrid klubuna heç bir təzmina ödəməyib. 
 
Lakin Xose Rodriqes əsas heyətdə oynayacağı hər 30 matç üçün  Türkiyə nəhəngi ispanlara 250 min avro təzminat ödəyəcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right