Arda Turan sıradan çıxdı

"Barselona"nın yeni transferi Arda Turan məşq zamanı zədələnib.

Newsport.az-ın məlumatına görə, klubdan verilən açıqlamada türkiyəli futbolçunun sağ ayağından zədə aldığı bildirilib:

"Arda sağ ayağından zədələnib. Onun yaşıl meydanlardan nə qədər uzaq qalacağına aparılacaq tibbi müayinədən sonra aydınlıq gələcək".

Qeyd edək ki, bu yay "Atletiko"dan "Barselona"ya transfer olunan Arda Kataloniya təmsilçisinə qoyulan qadağaya görə yanvar ayına qədər komandasına kömək edə bilməyəcək.  





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right