Millimizin hücumçusu "Vulverhempton"a qoşuldu Foto

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov "Vulverhempton"un düşərgəsinə qoşulub.

Newsport.az-ın məlumatına görə, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İngiltərə klubunun rəsmi instaqram səhifəsində 23 yaşlı forvardın videosu paylaşılıb. O, yeni mövsümün hazırlığında iştirak edir.

Qeyd edək ki, Renat Dadaşov "Vulverhempton"a 2019-cu ilin yayında transfer olunub. Millimizin üzvünün "canavarlar"la müqaviləsi 2023-cü ilin yayına kimidir.

Forvard son mövsümü icarə əsasında "Tondela"da keçirib. O, Portuqaliya klubunun heyətində meydana çıxdığı 37 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right