"Sumqayıt"dan ayrılan Dmitri Nağıyev karyerasını Ukraynada davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, 26 yaşlı sağ cinah müdafiəçisi "İnqulets" klubuna keçib. Bu barədə Petrove təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının keçmiş üzvü ilə 1 illik müqavilə imzalanıb.
Dmitri Nağıyev 2021-ci ilin yanvar ayından "Sumqayıt"da çıxış edirdi. O, son mövsümdə "kimyaçılar"ın heyətində 28 matçda meydana çıxıb.