Kroos qərarını bu vaxt verəcək

"Real"ın futbolçusu Toni Kroosun klubdakı gələcəyi qeyri- müəyyən olaraq qalır.

Newsport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi gələcəyi ilə bağlı qərarını qarşıdan gələn mövsümdə verəcək. Bu barədə AS məlumat yayıb.

Kroosun "Real" ilə hazırkı müqaviləsi 2023-cü ilin iyununda başa çatır və klub hələ də oyunçu ilə əməkdaşlığı daha bir il uzatmaq üçün razılığa gələ bilməyib. Yalnız növbəti mövsümün gedişində Toni nə edəcəyinə qərar verəcək. O, 3 seçim arasında qalıb: "Real"da qalmaq, başqa bir komandaya keçmək və ya karyerasını bitirmək. 

Qeyd edək ki, Kroos 2014-cü ildən "Real"da oynayır. Almaniyalı futbolçu geridə qalan mövsüm 28 matçda 1 qol vurub və 3 qolun ötürməsini verib.

 
 




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah