"Zirə"nin rəqibi məşhur forvardı transfer etdi

Avropa Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Makkabi" heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Tel-Əviv təmsilçisi Eran Zahavini transfer edib. Məlumatı İsrail klubunun mətbuat xidməti yayıb.

Qeyd edək ki, Eran Zahavi 2020-ci ilin yayından PSV-de çıxış edirdi. Məşhur hücumçu başa çatan mövsümdə Niderland klubunun heyətində meydana çıxdığı 46 oyunda 20 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah