“Yuventus”la yarımmüdafiəçi Ueston Makkenni arasında yeni müqavilə ilə bağlı aparılan danışıqlarda yenidən problemlər yaranıb. Tərəflər razılaşmaya yaxın olsalar da, vəziyyət dəyişib.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, Makkenni illik 3,5 milyon avro maaş və agentləri üçün yüksək komissiya haqqı tələb edir.
Turin klubu bu səbəbdən danışıqları tamamilə dayandırmaq və 26 yaşlı yarımmüdafiəçini satışa çıxarmaq variantını nəzərdən keçirir.
Makkenninin “Yuventus”la hazırkı müqaviləsinin müddəti gələn ilin ortalarına qədərdir.