Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş "Liverpul"un futbolçusu Dioqo Jotanın faciəvi ölümünə münasibət bildirib.
Newsport.az "A Bola"ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis həmyerlisi haqda xoş xatirələrinin çox olduğunu deyib:
"İndi yalnız onun üçün çoxlu dua edə bilərəm. Onun ailəsi haqqqında düşünürəm. Jota böyük oyunçu, hər şeydən əvvəl əla insan idi. Belə vaxtlarda futbolçu haqqında danışmaq çətindir. Mən baş məşqçi olan vaxt Jota 22 yaşında millidə debüt edib. Dünyanın ən yaxşı oyunçusu Kriştiano Ronaldonun kölgəsində qaldı, amma həmişə öz yerini tapdı. Milli komandada onun əməyi çox idi".
Qeyd edək ki, iyulun 3-də avtomobil qəzasında dünyasını dəyişən D.Jota Portuqaliya millisi ilə 2 dəfə Millətlər Liqasının qalibi olub.