“Qarabağ”dan ayrılan futbolçu Çin klubundan təklif alıb

"Qarabağ"dan ayrılan Yassin Benzia karyerasını Çində davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Çanqçun Yatai" azad agent statusunda olan əlcəzairli yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə "Africafoot" məlumat yayıb.

Çin klubu 30 yaşlı futbolçuya yüksək maaş təklif edib. Təcrübəli oyunçu hələ qərarını verməyib.

Qeyd edək ki, Yassin Benzia 2023-cü ilin yanvar ayında "Qarabağ"a keçmişdi. Əlcəzair millisinin üzvü komandanın heyətində meydana çıxdığı 104 rəsmi matçda 28 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right