“Real” onu satmağa hazırdır

“Real” yay transfer pəncərəsində braziliyalı hücumçusu Rodriqonu komandadan göndərə bilər.

Newsport.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

“Kral klubu” 23 yaşlı futbolçunu yaxşı təklif gəldiyi halda satmağa hazırdır. Rodriqonun əsas namizədlərindən biri isə “Arsenal”dır. “Topçular” artıq onun nümayəndələri ilə ilkin danışıqlar aparıblar.

Rodriqo son mövsümdə “Real”ın heyətində 51 oyuna çıxaraq, 14 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right