PSJ-nin və Portuqaliya millisinin yarımmüdafiəçisi Vitinyanın İspaniya La Liqasına keçidi gündəmdədir.
Newsport.az “Fichajes”-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun xidmətində “Real” maraqlıdır. Yeni baş məşqçi Xabi Alonso portuqaliyalı futbolçunu xorvatiyalı Luka Modriçin əvəzləyicisi kimi görür.
“Real” Vitinyanı heyətinə qatmaq üçün Paris klubuna yarımmüdafiəçisi Eduardo Kamavinqanı və əlavə olaraq 100 milyon avro təklif etməyə hazırdır.
Bununla belə, PSJ əsas oyunçularından biri olan Vitinyanı buraxmaq istəmir. Onun parislilərlə müqaviləsinin müddəti 2027-ci ilin ortalarına kimidir.