Bu gün klublararası dünya çempionatında 1/4 final mərhələsi start götürəcək.
Newsport.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək.
Braziliya təmsilçisi "Fluminense" Səudiyyə Ərəbistanı "Əl-Hilal"ı ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu cütün qalibi yarımfinalda “Palmeyras” (Braziliya) - “Çelsi” (İngiltərə) duelinin qalibi ilə üz-üzə gələcək. Sözügedən qarşılaşma isə iyulun 4-dən 5-nə keçən gecə saat 05:00-da start götürəcək.
Qeyd edək ki, ABŞ-da təşkil olunan turnirə iyulun 13-də yekun vurulacaq.
Klublararası dünya çepionatı, 1/4 final
4 iyul
23:00. “Fluminense” (Braziliya) - “Əl-Hilal” (Səudiyyə Ərəbistanı)
5 iyul
05:00. “Palmeyras” (Braziliya) - “Çelsi” (İngiltərə)
20:00. PSJ (Fransa) - “Bavariya” (Almaniya)
6 iyul
00:00. “Real” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya)
Yarımfinal
8 iyul
"Fluminense” (Braziliya) - “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) / “Palmeyras” (Braziliya) - “Çelsi” (İngiltərə)
9 iyul
PSJ (Fransa) - “Bavariya” (Almaniya) / “Real” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya)