Rodriqonun “Real”dan gedişi ilə bağlı söz-söhbətlər yenidən artmağa başlayıb. Baş məşqçi Xabi Alonso təyinatından sonra futbolçuya güvəndiyini və braziliyalını heç yerə buraxmayacağını desə də, durum fərqlidir.
Newsport.az xəbər verir ki, ispan çalışdırıcı hücumçunun məşqlərə yanaşmasından razı deyil. Bu səbəbdən Klublararası Dünya Çempionatında ona çox az oyun vaxtı verir. Rodriqo isə bu durumdan məmnun olmadığı üçün transferə çıxarılmasını istəyir.
Rodriqo dünya çempionatı bitən kimi “Arsenal”la danışıqları bərpa etmək niyyətindədir. Londonlular “Real”a 90 milyon avro ödəməyin əleyhinə deyil.