“Napoli”nin hücumçusu Viktor Osimhen karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-Hilal” yaxın günlərdə Teo Hernandesin transferini rəsmən elan etdikdən sonra nigeriyalı hücumçu üçün növbəti dəfə çox böyük təklif göndərəcək.
Osimhen 2024/25 mövsümündə icarə əsasında “Qalatasaray”da çıxış edib. O, İstanbul klubunun heyətində 41 oyuna çıxaraq, 37 qol vurub və 8 məhsuldar ötürmə edib.
Daha əvvəl “Liverpul”un 26 yaşlı futbolçunun transferi üçün “Napoli”yə iki oyunçu və 20 milyon avronu əhatə edən təklif göndərdiyi barədə məlumat yayılmışdı.