“Arsenal” yarımmüdafiəçisi İtan Nvaneri ilə yeni müqavilənin imzalanması üçün danışıqlar aparır.
Newsport.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
18 yaşlı futbolçu özü də Premyer Liqanın iddialı komandasında qalmağa hazırdır. Onun “topçular”la hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.
İngiltərəli oyunçu son mövsümdə “Arsenal”ın heyətində 37 oyunda meydana çıxaraq, 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.