Ronaldo "Bavariya"da?

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo karyerasını Almaniyada davam etdirə bilər.

Newsport.az AS-a istinadən xəbər verir ki, "Bavariya"nın 37 yaşlı hücumçunu transfer etməsi mümkündür. Bildirilib ki, Robert Levandovskinin bu yay klubu tərk edəcəyi halda bu variant nəzərdən keçirilir.

Ronaldonun da "Mançester Yunayted"də ayrılmağa qərar verdiyi vurğulanıb. Futbolçunun ətrafı artıq Münhen təmsilçisinin marağından xəbərdardır.

Qeyd edək ki, Ronaldo ötən mövsüm İngiltərə Premyer Liqasında 30 oyunda 18 qol vurub.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah