Seneqalın ən yaxşı ikinci bombardiri oldu “Qarabağ”ın futbolçusu

"Qarabağ"ın futbolçusu İbrahima Vadji 2021/2022 mövsümündə Seneqalın ən yaxşı bombardirləri sırasına adını yazdıra bilib. 

Newsport.az-ın məlumatına görə, Ağdam klubunun forvardı "wiwsport.com" nəşrinin hazırladığı siyahıda ikinci yerdə qərarlaşıb. 

Belə ki, o, ötən mövsüm oynadığı bütün turnirlərdə 16 qol vurmağı bacarıb. Vadji 11 qolu Azərbaycan Premyer Liqasında, dördünü Azərbaycan kubokunda, birini isə Konfrans Liqasında vurub. 

"Liverpul" və Seneqal millisinin futbolçusu Sadio Mane 23 qolla siyahıya başçılıq edir.

"Şanxay Port"da 13 qol vurmuş Şerif Ndiaye isə Vadjidən sonra üçüncü pillədədi. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right