Samir Abasov Barselonada

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov İspaniyada təcrübədədi. Newsport.az xəbər verir ki, bir neçə gün əvvəl Madridə gedən mütəxəssis orada İspaniya La Liqası çərçivəsində “Real” – “Barselona” (3:2) “El Klasiko”sunu da izləyib.
 
Ardından Barselonaya yollanan çalışdırıcı orada bir həftəlik təcrübə keçəcək. “Barselona”nın məşqlərini izləyən Samir Abasov Kataloniya təmsilçisinin məşqçisi Oskar Ernandes və bir sıra digər yerli mütəxəssislərlə bir araya gəlib, fikir mübadiləsi aparıb.
 
Təcrübə proqramının sonunda onun “Barselona”nın baş məşqçisi Xavi Ernandeslə görüşü də nəzərdə tutulub. 
 
Qeyd edək ki, İspaniya səfərində Samir Abasovu “Sumqayıt”ın fiziki hazırlıq üzrə məşqçisi Gerard Martines müşayiət edir.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right