Ranqnikin “Bavariya”nın baş məşqçisi olmaq üçün transfer tələbi

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnikin hansı şərtlər altında “Bavariya”ya rəhbərlik etməyə razılaşacağı məlum olub. Newsport.az xəbər verir ki, 65 yaşlı mütəxəssis Münhen təmsilçisi ilə danışıqlara başlayıb.
 
O, “Bavariya”nın baş məşqçi postunun favoriti hesab olunur. Ranqnikin bunun üçün əsas tələbi transfer məsələsinə nəzarət etmək və son söz sahibi olmaqdı. Yəni onun səlahiyyətləri idman direktorları Maks Eberl və Kristof Freunddan yüksək olacaq.
 
Münhenlilər tələbi qəbul etsə, müqavilənin imzalanması üçün heç bir maneə qalmayacaq. Avstriya Futbol Assosiasiyası da Ranqnikin təyinatına mane olmayacaq, 5 milyon avro məbləğində təzminat əldə edəcək.
 
Qeyd edək ki, 2022-ci ildən Avstriya yığmasını çalışdıran Ralf Ranqnik karyerası ərzində Almaniyanın bir çox klubunda işləyib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right