Niderland çempionatında qeyri-adi dəyişiklik

Niderland Futbol Federasiyası ölkənin ikinci liqasında qeyri-adi dəyişikliklərə əl atıb. Newsport.az xəbər verir ki, “zanbaqlar ölkəsi”nin bu çempionatında futbol matçları 60 dəqiqə olacaq. 

Həmçinin qarşılaşmalarda top yan xətlərdən çıxdığı zaman oyuna ayaqla daxil ediləcək. Komandalar istədiyi qədər dəyişiklik edə biləcəklər. 

Top meydanda olmadığı vaxt matçın hakimi saatını dayandıracaq. Sarı vərəqə alan futbolçu 5 dəqiqəlik meydandan kənarlaşdırılacaq. Cərimə zərbəsi zamanı rəqib oyunçunu aldatmaq mümkün olacaq. 

Qeyd edək ki, bu dəyişikliklər əvvəlcə bir neçə matçda sınaqdan keçiriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right