Laporta Levandovskiyə təşəkkür etdi

"Barselona"nın rəhbərliyi "Bavariya"nın futbolçusu Robert Levandovskinin klubdan ayrılmaq istədiyi ilə bağlı verdiyi açıqlamadan razı qalıb.

Newsport.az xəbər verir ki, bu barədə "Sport1.de" məlumat yayıb. Kataloniya təmsilçisinin prezidenti Joan Laporta bir neçə gün əvvəl Levandovskinin menecerinə zəng vurub və açıqlamaya görə təşəkkür edib.

Qeyd olunur ki, Levandovskinin mövqeyi dəyişməz olaraq qalır. O, həqiqətən də "Bavariya"dan ayrılmaq istəyir. Robert ümid edir ki, Münhen klubu onu başa düşəcək və mövsümöncəsi hazırlıq başlamazdan əvvəl ona "Barselona"ya keçmək imkanı verəcək.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right