Qvardiola ilə müqaviləni uzatmağa tələsmirlər

"Mançester Siti" baş məşqçisi Pep Qvardiola ilə yeni müqavilə imzalamağa tələsmir. 

Newsport.az xəbər verir ki, bu barədə "şəhərlilər"in prezidenti Haldun Əl-Mbüarək klubun rəsmi saytına açıqlamasında danışıb. O yeni sözləşmə imzalamağa və kuboklar qazanmağa görə mütəxəssisə təzyiq göstərməyəcəklərini deyib: 

"Pepə həddindən artıq təzyiq göstərməyə ehtiyac yoxdur. Çünki o, özünə hər kəsə bəs edəcək qədər təzyiq göstərir. Mən isə əksinə, onun üzərindəki bu təzyiqi almağa çalışıram. Çünki məncə, Pep özünə çox təzyiq göstərir. Bir baş məşqçiyə bu və ya başqa bir kuboku qazanmalısan deyə tələb qoyulmamalıdır. Hamımız bu işin içindəyik. Hər mövsüm qələbə üçün yaşayırıq və hər oyunda qalib gəlməyə çalışırıq. Pep "Mançester Siti"də qaldığı qədər nə "Bavariya"da, nə də "Barselona"da vaxt keçirib. Onunla illərdir ki, mükəmməlliklər yaradan əməkdaşlığımız var. Qvardiola artıq "Mançester Siti"dəki 7-ci ilinə yaxınlaşır. Gələn il onun klubumuzdakı varlığının ən həyəcanlı hissəsi olacaq və biz bunun hər anından həzz alırıq. Müqavilə danışıqları Pep üçün doğru zamanda, lazımi tempdə və lazımi çərçivə daxilində olacaq”.

Qeyd edək ki, "Mançester Siti" Qvardiola ilə 2021/22 mövsümündə İngiltərə Premyer Liqasının çempionluğunu qazanıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right